Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə edəcəyi müraciətin dəqiq tarixi hələlik məlum deyil.
TASS xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Eyni zamanda, Peskov müraciətin təxminən 2022-ci ilin sonuna planlaşdırıldığını vurğulayıb.
“Dəqiq anlaşma olacağı tarixə kimi biz hər şeyi bildirəcəyik”, - Kreml söz verib.
Daha əvvəl Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinin hazırlanması uzun müddətdir ki, aparılır.
Putin sonuncu dəfə 2021-ci ilin aprelində Federal Məclisə müraciət edib. Sonra dövlət başçısı Rusiyanın pandemiya dövründə üzləşdiyi sosial-iqtisadi problemlərə xüsusi önəm verib.
E.ŞİRİNOV