Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Məlumat yayıb. Tezadlar.az DİN-nin saytına istinadla bildirir ki, rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Məlumatda o da qeyd edilib ki, hadisə noyabrın 21-də rayonun Şükürbəyli kəndində qeydə alınıb.  "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib. Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Artıq neçənci dəfədir ki, xidməti vəzifəsini icra edırkən hərbçilərimiz avtomobil qəzasına düşürlər. Təbii ki, burda günahkar sürücülər olur. Onların naşılığından isə xidmət keçən hərbçilər ya dünyasınl dəyişir, ya da yaralanırlar. Belə vəziyyətdə isə ortaya problem çıxır: düşmənlə döyüşdə güllə yarasl almayan, yaxud şəhid olmayan hərbçi avtoqəzanın ucuz qurbanı olurş ona isı hərbçilərə aid yüksək status və ya pensiya təminatı verilmir. Həlak olanın ailəsi isə sonradan müraciət etmədiyi ünvan qalmır ki, niyə xidmətdə həyatını itirmiş hərbçiyə həmin statuslar şamil olunmur və s.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN