Ukrayna uğrunda canından keçmiş hərbçilərin cəsədlərinin təhvil verilməsi olub. 30-dan çox ölən əsgəri geri qaytarmaq mümkün olub.

"Bu gün (22 noyabr - UNIAN) 33 müdafiəçinin cəsədini ailələrinə qaytarmaq mümkün olub", - Reinteqrasiya Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenok və Ukraynanın bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.

"Meyitlərin təhvil verilməsi ilə bağlı danışıqlar prosesi hər zaman davam edir. Biz birlikdə çalışırıq ki, müdafiəçilərin cəsədlərini ən qısa zamanda ailələrinə qaytaraq ki, onların xatirəsini layiqincə ehtiramla ansınlar", - Kotenko bildirib.

İtkin düşmüş Şəxslərin İşləri üzrə Müvəkkil İdarəsi fəaliyyətə başladığı vaxtdan ümumilikdə 696 meyit tapılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN