Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, respublika prezidenti Vladimir Zelenskinin yüksək vəzifəli şəxslərin ömürlük maliyyə monitorinqinin ləğvi haqqında qanunu imzalaması onun “qorxmalı bir şeyin olduğunu” göstərir.
N.Azarovun Ukrayna liderinin qorxusu ilə bağlı sözlərini TASS yayıb.
“Onun xüsusi olaraq özü və ətrafı üçün hazırladığı bu qanunun imzalanması qorxulu bir şeyin olduğunu, Ukraynada korrupsiyanın çiçəkləndiyini etiraf etmək deməkdir”, - Azarov bildirib.
O qeyd edib ki, bu qanun bir sıra siyasətçilərə praktiki olaraq heç bir təsir göstərməyib. Bu barədə danışan sabiq baş nazir külli miqdarda nağd pul bəyan edən Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun adını çəkib. Onun sözlərinə görə, maliyyənin monitorinqi Kiyevin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı öhdəliklərindən biri olub, ona görə də Zelenski “Aİ-yə daxil olmağa hazırlıqla bağlı vədlərdən birini pozub”.
Siyasətçilərin maliyyə monitorinqini ləğv edən qanunun imzalanması noyabrın 22-də məlum olub. Bundan əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukraynanın korrupsiyaya görə büdcəsindən təxminən 100 milyard qrivna (271 milyon dollar) itirəcəyini proqnozlaşdırmışdı. Eyni zamanda, noyabrın 17-də Zelenski bütün korrupsioner məmurların ölkəni tərk etdiyini açıqlayıb.
E.ŞİRİNOV