Moskva yaxınlığındakı Solneçnoqorskda baş verən yanğın nəticəsində 200 nəfər yataqxanadan təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğına artan mürəkkəblik dərəcəsi verilib.
“Yanğınsöndürmə və xilasedicilər gələnə qədər insanlar binanı özbaşına tərk ediblər”, - deyə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ərazidə üçmərtəbəli binanın dam örtüyü yanır. Yanğının yataqxananın bütün binasına keçməsi təhlükəsi var.
İlkin olaraq yanğın nəticəsində ölən və yaralanan olmayıb. Xilasedicilər hadisə yerindədir. Yanğının söndürülməsi davam edir, hadisə yerində 60-dan çox yanğınsöndürən və 18 texnika çalışır.
Əvvəllər xəbər verildiyi kimi, noyabrın 23-də səhər saatlarında Dubrovki kəndinin Aeroportovskaya küçəsində yerləşən hostel yanıb. Əvvəllər yanğın sahəsi 1000 kvadratmetr idi.
E.ŞİRİNOV