Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, noyabrın 22-də daxil olan məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub. Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur. Sümüklərin kimə aid olmasının müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

*** 

ERMƏNİLƏRİN BELƏ ƏMƏLLƏRİNİN SAYI-HESABI YOXDUR. İTKİN DÜŞƏN MİNLƏRLƏ AZƏRBAYCANLININ AQİBƏTİ BELƏDİR. Təəssüflər olsun, ermənilər nəinki dinc əhalimizə qarşı belə qeyri-insani əməllər törədiblər, hətta Ağdamın Qarağacı məzarlığını tamamilə yer üzündən silərək qəbirləri qazıb qızıl diş axtarıblar. Həmin məzarlıqda 20 mindən çox məzar olub. Yerində taxıl əkiblər. Bu əməl insanlığa sığmayan hərbi cinayətdir!

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN