Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək üçün İrəvana gəlib.
Bu barədə RİA Novosti məlumat yayıb.
KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, həmçinin Qırğızıstan və Tacikistan liderləri Sadır Japarov və Emoməli Rəhmon da iştirak edəcəklər.
Putinin Paşinyanla ayrıca görüşü olduğu qeyd edilir.
E.ŞİRİNOV