Rusiyada insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Telegram-da bildirib ki, o, Ukrayna Ombudsmanı Dmitri Lubinets ilə bir neçə görüş keçirib və bu görüş zamanı insanlara kömək etmək üçün fəaliyyət planı hazırlanıb.
Moskalkova aydınlaşdırıb ki, həmkarı ilə söhbətlər Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansının Avropa Şəbəkəsinin baş katibi Debbi Kohner və Avropa Milli İnsan Hüquqları Təsisatlar Şəbəkəsinin sədrinin iştirakı ilə keçirilib.
Rusiya Ombudsmanının ilk dəfə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinetslə görüş keçirməsi faktı oktyabrın 17-də yayılıb. Sonra tərəflər məhbusların saxlanması və onların sonrakı mübadiləsi üçün şəraitin təmin edilməsi barədə razılığa gəliblər.
Moskalkova bir müddət əvvəl Ukrayna əsirliyindən qayıdan ruslarla video yayımlamışdı. O, mübadilə 35-ə 35 edildiyini aydınlaşdırdı.
E.ŞİRİNOV