Danışıqlar prosesi nəticəsində 50 rus hərbçisi Kiyevin nəzarətində olan ərazidən geri qayıdıb.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 24-də danışıqlar prosesi nəticəsində ölüm təhlükəsi ilə üzləşmiş 50 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb", - departamentdən bildirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, azad edilən hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə idarənin tibb müəssisələrində müalicə və reabilitasiya məqsədilə Moskvaya gətiriləcək.

“Azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir”, - nazirlikdən bildirilib.

Əsirlərin əvvəlki dəyişdirilməsi noyabrın 23-də baş tutub. Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən məlumata görə, 35 rusiyalı hərbçi geri qaytarılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN