Qazaxıstan prezidenti vəzifəsinə yenidən seçilən Kasım-Jomart Tokayev bildirib ki, Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq onun ölkəsi üçün prioritetdir.

İnauqurasiya mərasimində Tokayev bildirib ki, Qazaxıstan milli maraqların qorunmasına yönəlmiş balanslaşdırılmış və konstruktiv xarici siyasət yürütməkdə davam etmək niyyətindədir.

Tokayevin sözlərinə görə, Qazaxıstanda prezident seçkiləri ədalətli və açıq keçirilib. Ölkə başçısı hakimiyyətin bütün qollarının köklü şəkildə yenilənəcəyini bəyan edib.

Noyabrın 26-da Kasım-Jomart Tokayev and içərək rəsmi olaraq Qazaxıstanın rəhbəri vəzifəsinin icrasına başlayıb.

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 81,31% səs toplayıb və qalib gəlib. Ölkə üzrə seçici fəallığı 69,44 faiz təşkil edib.

Tokayev Qazaxıstan iqtisadiyyatında əsaslı dəyişiklikləri açıqlayıb.

Qeyd edək ki, Qazaxıstanda seçkilər ölkə konstitusiyasına dəyişikliklər edildikdən sonra keçirilib. İndi Qazaxıstan prezidenti yenidən seçilmək hüququ olmadan 7 il müddətinə seçilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN