İran Məclisi (parlamenti) İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması haqqında qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.

Bu barədə bazar günü Mehr agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, qanun layihəsinin lehinə 205 deputat səs verib, 3 nəfər əleyhinə çıxıb, 4 nəfər isə bitərəf qalıb. İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəzl Amuyi agentliyə istinadla verdiyi məlumata görə, “İranın üzvlüyünün şərti təşkilat tərəfindən indiyədək qəbul edilmiş bütün sənədlərin təsdiq edilməsidir”.

"Əgər ŞƏT yaxın gələcəkdə hər hansı yeni sənədi təsdiq edərsə, Məclis də buna baxıb təsdiq etməli olacaq", - Amuyi vurğulayıb.

Sentyabrın 30-da İran prezidenti İbrahim Rəisi ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlı qanun layihəsini imzalayıb. Gənc Jurnalistlər Klubu agentliyinin məlumatına görə, Rəisi qanun layihəsini baxılması üçün ölkə parlamentinə göndərib.

Sentyabrın 15-16-da Səmərqənddə ŞƏT-in sammiti keçirilib. İştirakçı ölkələrin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin dar və geniş tərkibdə görüşə toplaşıb, həmçinin bir sıra ikitərəfli görüşlər keçiriblər. Nəticədə, Belarusun assosiasiyaya tamhüquqlu üzv kimi qəbulu prosesinə start verildi, İran ŞƏT-ə üzv olmaq üçün öhdəlik memorandumu imzaladı. Misir və Qətər dialoq tərəfdaşı olub, Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və BƏƏ isə bu statusun alınması prosesinə başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN