Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva heç vaxt Kiyevlə danışıqlar tələb etməyib, lakin Ukrayna tərəfini dinləməyə hazırdır.

O, belə bir bəyanatla Avropanın təhlükəsizlik məsələlərinə həsr olunmuş mətbuat konfransında çıxış edib.

“Rusiya xüsusi hərbi əməliyyat üçün əlavə qüvvələr toplamaq üçün vaxt udmaq məqsədilə daim hansısa danışıqlar tələb etməkdə ittiham olunanda, bu, həm gülünc, həm də xoşagəlməz haldır”, - deyə rusiyalı nazir bildirib.

O, əlavə edib ki, Moskva heç vaxt danışıqlar tələb etməyib, lakin hər zaman danışıqlara açıq olub.

Noyabrın ortalarında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirmişdi ki, Vaşinqton Moskvadan Kiyevlə danışıqlar masası arxasında oturmağa hazır olduğuna dair siqnallar gözləyir. ABŞ müdafiə nazirinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor qeyd edib ki, Kiyev və onun amerikalı tərəfdaşları bunu Ukraynanın Rusiya ilə sülh danışıqlarına başlamaq istəyi kimi göstərməyə razılaşıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN