Qaz kəmərində ağır qəza baş verib.

“Tbilisi Energy” qazpaylayıcı şirkətinin məlumatına görə, Tbilisidə qaz kəmərində böyük qəza baş verib.

Bu səbəbdən Samqori yaşayış massivində 5,7 min abonent qazsız qalıb.

Yaşayış binalarında, eləcə də məktəblərdə, uşaq bağçalarında, polis şöbəsində, Arxangel Qavril kişi  Monastırında və Aversi klinikasında da qaz söndürülüb.

Mütəxəssislər Tbilisidə qazın  sabah saat 10:00-dan 20:00-a qədər yenidən veriləcəyinə ümid edirlər.

Xatırladaq ki, Tbilisi sakinləri, bir qayda olaraq, mənzillərini fərdi qaz istilik sistemləri və ya qızdırıcılarla qızdırırlar.

Və havaların soyuq keçdiyi bu günlərdə istilik sistemi çalışmadan keçinmək çox çətindir.

Yəqin ki, mütəxəssislərin ümidləri özünü doğruldar.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN