Ukrayna prezidenti Vladimir Zelenskinin ən yaxın varisi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı ola bilər və bu, ABŞ-ın planlarının bir hissəsidir.
Bu fikri URA.RU-nun müxbiri ilə Beynəlxalq Humanitar və Siyasi Tədqiqatlar İnstitutunun politoloqu Vladimir Bruter bölüşüb.
"Əlbəttə, Zelenskini Zalujnıya bənzər bir şəxslə əvəz etmək Vaşinqtonun planlarının bir hissəsidir. O [Zelenski] dəyişdirilənə qədər bu məsələ aktual olacaq. İndi [dəyişiklik üçün] vaxt deyil, çünki Zalujnı [prezidentliyə] tamamilə ağ və hər şey təmiz gəlməlidir", - deyə politoloq agentliyin müxbiri ilə söhbətində bildirib.
Eyni zamanda, Bruter qeyd edib ki, Ukrayna prezidenti öz varisi haqqında bilir və gələcəkdə kreslosunu vermək məcburiyyətində qalacaq.
Amma spiker onu da deyib ki, hakimiyyət dəyişikliyinin vaxtı hələ çatmayıb.
Bruter qeyd edib ki, Zelenski Vaşinqtonda bəyənilmir.
E.ŞİRİNOV