Donbasdakı münaqişə Ukrayna hökuməti tərəfindən dövlət çevrilişi nəticəsində yaranıb.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının iclasında bildirib.
"Axı, müharibəni biz yox, 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra o vaxtkı Ukrayna hakimiyyəti başlayıb", - deyə Vladimir Putin bildirib.
Prezident qeyd edib ki, dövlət çevrilişinin köməyi ilə gələn Ukrayna hökuməti Donbasda vətəndaşların iradəsini boğmaq üçün münaqişəyə start verib və Rusiyanın sadəcə olaraq xüsusi əməliyyat keçirməkdən başqa yolu qalmayıb.
E.ŞİRİNOV