Qazaxıstan nefti olan onlarla tanker Türkiyə boğazlarında ilişib qalıb.

Bu barədə jurnalistlərə "Kazmunayqaz" milli şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev məlumat verib.

"Ümumilikdə 21 tanker var idi, onlardan 6 tanker TCO-dan neft daşıyırdı. Ümumilikdə hesab edirik ki, Qazaxıstanla əlaqəli 8-10 tanker var".

Mirzəqaliyev izah edib ki, Türkiyə hökuməti hər bir yükün sığortalanması üçün əlavə sənədlər tələb edir. Hazırda bu məsələ ilə bağlı sığortaçılar, əsasən də Britaniya şirkətləri ilə ölkə rəsmiləri arasında danışıqlar aparılır. "Kazmunaqaz"ın rəhbəri vurğulayıb ki, Qazaxıstanın bütün tankerləri və yükləri sığortalanıb.

TASS-ın Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bosfor və Dardanel boğazlarında neft daşıyan tankerlər limana girib yükü boşaltmadan 6 gün gözləməli olurlar. İdarədən bildiriblər ki, bu, qış mövsümü üçün normal gözləntidir, keçən il dekabrda boğazlarda gözləmə müddəti təxminən 14 gün olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN