Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar paketinə bir çox ixrac məhsulları da daxil edilir.
Sanksiyaya məruz qalan yeni qurumların siyahısını əks etdirən ayrıca sənəddə Rusiyanın “NTV/NTV Mir”, “Rossiya 1”, “REN TV” və Birinci Kanal kanallarının yayım lisenziyasının dayandırılmasını nəzərdə tutur.
Avropa İttifaqının doqquzuncu sanksiyalar paketində Rusiyanın sənayesi nişan alınıb.
“Politico”nun məlumatına görə, Avropa Komissiyası sanksiyalar siyahısını Rusiyaya “Rusiya müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə edə biləcək” mallarla təmin edən 169 təşkilata qarşı genişləndirməyi təklif edib.
İxrac nəzarətinə gəlincə, pilotsuz təyyarələrin mühərriklərinə, kimyəvi və bioloji avadanlıqlara, kütləvi iğtişaşlara qarşı mübarizə vasitələri və elektron komponentlərə şamil edilməsi təklif edilir.
Bundan başqa, sanksiya tətbiq edilən aviasiya və kosmik məhsulların siyahısını da genişləndirmək istəyirlər. Bura daxildir təyyarə mühərrikləri - onların hissələri, “noutbuklar, sərt disklər, kameralar və linzalar”.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.
...Qərb, Aİ Rusiyaya qarşı indiyədək 8 sanksiya paketi tətbiq edib və 9-cu da hazırlanır.
Y.MƏMMƏDLİ