Qazaxstan Respublikasının energetika naziri Bolat Akçulakov Qazaxıstan, Rusiya və Özbəkistanın birlikdə qaz ittifaqı yaradılması məsələsini şərh edib.

 “Əslində üçtərəfli qaz ittifaqı məsələsi müzakirə olunmayıb, bütün danışıqlar ikitərəfli əməkdaşlıq formatında olub. Məsələn, deyək ki, Qazaxıstan - Rusiya Federasiyası, Qazaxıstan - Özbəkistan, Özbəkistan - Qazaxıstan.

Yəni, bu mövzu üçtərəfli formatda müzakirə olunmayıb”, - deyə Bolat Akçulakov hökumətin genişləndirilmiş iclasından sonra kuluarda izah edib.

Nazirin sözlərinə görə, tərəflər mövcud qaz ötürücü sistemlərin texniki və yenilərinin tikintisi imkanlarını müzakirə edirlər.

O, vurğulayıb ki, iş ikitərəfli formatda aparılır və təbii olaraq, bəzi məsələlərdə üç və ya dörd tərəfin hamısının razılığı lazımdır.

“Ancaq bunlar işlə bağlı suallardır. Lakin hansısa ittifaq  yaratmaq barəsində, qətiyyən heç bir söhbət olmayıb", - deyə Bolat Akçulakov bildirib.

Xatırladaq ki, KİV-də gedən məlumata görə, Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak  bir neçə gün öncə  bu barədə  yayılan xəbəri təsdiqlləyərək bildirib ki, “Bəli, Rusiya, Qazaxıstan və Özbəkistan SSRİ dövründən vahid qaz nəqli sisteminə malik olduqları üçün belə əməkdaşlıq sahələri nəzərdən keçirilir. Əslində bizim qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var, o cümlədən qazın tədarükü, emalı, digər ixrac istiqamətlərinə tədarükü üzrə"... 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN