Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Kremlin bir çox əməkdaşı qripə yoluxub.

Eyni zamanda, Kremlin sözçüsü qripin "ilk dəfə deyil" olduğunu, rusların "uzun illərdir" qriplə yaşadığını və təbii ki, bütün lazımi tədbirləri gördüyünü vurğulayıb.

"Amma həqiqətən çox insan xəstələnir. Bizim işimizdə də (Kremldə - red.) çox insan xəstələnir", - Rusiya liderinin mətbuat katibi bildirib.

Daha əvvəl professor və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Petr Çumakov tibbi maskanın qripdən effektiv qorunma vasitəsi olduğunu, çünki koronavirusdan fərqli olaraq onun orta yoluxuculuq dərəcəsinə malik olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN