Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin olunmasını müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və onunla üçtərəfli sazişləri və Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planlarını da müzakirə ediblər.

“Vladimir Putin və Nikol Paşinyan arasında dekabrın 9-da Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində baş tutan söhbətin inkişafında Rusiya və Ermənistan liderləri arasında fundamental razılaşmaların həyata keçirilməsinin müzakirəsi olub. Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsinə, həmçinin Transqafqazda nəqliyyat, logistika və ticarət-iqtisadi əlaqələrin bərpası layihələrinə xüsusi diqqət yetirilib”, - Kremlin mətbuat xidmətindən bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN