İlin əvvəlindən indiyədək qatar rəisləri hüquq –mühafizə əməkdaşlarına demək olar ki, min dəfəyədək şikayət ediblər.
Polisia.kz-nın məlumatına görə, Qazaxıstanda əksər hallarda buna səbəb sərnişinlərin spirtli içkilərdən sui-istifadə etmə halları ilə bağlı olub.
Bu hallara xarici ölkə vətəndaşları da yol verib.
Məsələn, nəqliyyat polisi yoxlama zamanı yolda spirtli içki qəbul edən Özbəkistan Respublikası vətəndaşını aşkar edib. Həmçinin müəyyən edilib ki, əcnəbi vətəndaş Qazaxıstan Respublikasının əhalinin miqrasiyası sahəsində qanunlarını pozub.
“Onun barəsində dərhal iki inzibati protokol tərtib edilib - QR İXM-nin 440-cı maddəsinin 1-ci hissəsi ilə “Alkoqollu içkilər içmə və ya sərxoş vəziyyətdə ictimai yerlərdə olma”, QR İXM-nin 517-ci maddəsinin 4-cü hissəsi ilə “Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Qazaxıstan Respublikasının əhalinin miqrasiyası sahəsində qanunvericiliyinin pozulması” və 5 AHİ (Aylıq hesablama indeksi - RED) məbləğində cərimələnib. Aktobe vilayətinin Muqaljar rayon məhkəməsinin qərarı ilə qanun pozucusu Qazaxıstan Respublikasının sərhədlərindən çıxarılıb”-, deyə polis bildirib.
Oxşar qanun pozuntusu Semey stansiyasında da baş verib. Bu dəfə nəqliyyat polisi Kostanay vilayətinin üç sakinini Oskemen-Astana mesajı ilə sərnişin qatarından çıxarıb. Onların hamısı Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 440-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə, İlin əvvəlindən sərnişin qatarlarının rəislərinin aktı ilə müxtəlif inzibati xətalara yol verdiklərinə görə 972 (onlardan 826-sı sərxoş vəziyyətdə ictimai yerlərdə göründüklərinə, 9-u tütün məmulatlarının istehlakına qoyulmuş qadağanın pozulmasına, 87-si xırda xuliqanlığa görə) nəfər qatarlardan düşürülüblər.
JASMİN