400-dən çox ukraynalı millətçi və hərbi cinayət törətmiş şəxs nəzarət-buraxılış məntəqələrində Rusiya Federasiyasının dövlət sərhədlərini keçməyə cəhd edərkən saxlanılıb.

Bunu Milli Antiterror Komitəsinin (MAK) sədri, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

O, həmçinin qeyd edib ki, sərhədyanı ərazilərdə terror təzahürlərinin sayı artıb və bu, Ukrayna xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlıdır.

Bortnikov bu barədə MAK və Federal Əməliyyat Qərargahının 2022-ci ilin işlərinin yekunlarına dair iclasında danışıb.

"İclası açan Bortnikov qeyd edib ki, bu il terror təzahürlərinin sayı, ilk növbədə, Mərkəzi Federal Dairə və Cənub Federal Dairəsində yerləşən sərhədyanı rayonlarda əhəmiyyətli dərəcədə artıb", - MAK-ın bəyanatında deyilir.

Bundan əvvəl bildirilmişdi ki, bu il ölkədə 64 terror aktının qarşısı alınıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN