The Wall Street Journal-ın köşə yazarı Valter Russell Mead deyib ki, Ukraynadakı döyüşlər ABŞ-ın iştirakı ilə davamlı sülhlə başa çatmalıdır. Onun fikrincə, vəziyyət dondurulmuş münaqişəyə sıçramamalıdır.

"Biz sanksiyaların dünya iqtisadiyyatını məhv etməsini və Avropanın yarısının davamlı müharibə vəziyyətində olmasını istəmirik. Biz müharibənin silahlı barışıqla deyil, sülh müqaviləsi ilə başa çatmasını istəyirik", - Mead yazır.

Onun fikrincə, ABŞ prezidenti Co Bayden Rusiya, Ukrayna və Qərb arasında razılaşmalar əldə etmək barədə düşünməli, sülh mümkün qədər tez əldə edilməlidir - bu, iştirakçılar üçün daha çox dağıntılara yol verməmək üçün.

Jurnalist NATO-nun genişlənməsini də səhv adlandırıb və fərqli təhlükəsizlik sisteminin qurulmasını tövsiyə edib. Mead bildirib ki, heç bir halda vəziyyət “Rusiya Federasiyasının parçalanmasına” gətirib çıxarmamalıdır, çünki bu halda “xaos” gələcək və nəzarətsiz “nüvə silahı ticarəti” başlayacaq.

Sonda müəllif ABŞ hakimiyyətini Rusiya tərəfi ilə çətin danışıqlara hazırlaşmağa çağırıb.

Bundan əvvəl Ukrayna prezidenti Zelenski G7 liderlərinə müraciət edərək, Ukrayna Silahlı Qüvvələrini silahla təchiz etməkdə “həmrəyliyin” davamını sülh müqaviləsinə doğru addımlar adlandırıb. Siyasətçi Krımın ölkəsinə birləşdirilməsi variantlarını nəzərdən keçirmək istədiyini də bəyan edib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml bu bəyanatı ölkənin ərazisini özgəninkiləşdirmək cəhdi kimi başa düşür, ona görə də bundan söhbət gedə bilməz.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN