Fox News-un aparıcısı Taker Karlson Ukrayna prezidenti Vladimir Zelenskini striptiz klubunun meneceri ilə müqayisə edib.
Jurnalist ABŞ səfərindən sonra siyasətçini də tənqid edib.
"Ukrayna prezidenti Ağ Evə gəldi, striptiz klubunun meneceri kimi geyindi və pul tələb etməyə başladı. Təəccüblüdür ki, heç kim onu qovmadı. Əvəzində, onun istədiyini etdilər", - Karlson bildirib.
Bundan əlavə, ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarının tələb etdiyi hər şeyi verməkdə davam etməsi aparıcının xoşuna gəlməyib.
Həmçinin, CNN jurnalisti Frida Gitis qeyd edib ki, Zelenski ABŞ-a ölkə hakimiyyətini Ukraynanı dəstəkləməyə davam etməyə inandırmaq üçün gəlib.
Onun sözlərinə görə, ABŞ-ın dəstəyinin dayandırılması və Kiyevin növbəti məğlubiyyəti halında, hamının bildiyi kimi dünya dəyişəcək.
Daha əvvəl Qərb mediası yazmışdı ki, “komediyaçı Zelenski” şounu göstərməyi bacarıb – Kiyevdən gələn qonaq danışanda orada olanlar alqışlayıb və bərkdən gülüblər.
Eyni zamanda amerikalı jurnalistlər vurğulayırlar ki, Ukrayna prezidenti “ciddi” silahların tədarükü məsələsində irəli gedə bilməyib. Hələlik maksimum Vaşinqtonun növbəti yardım paketi çərçivəsində Kiyevə verdiyi “Patriot” hava hücumundan müdafiə sisteminin batareyasıdır.
E.ŞİRİNOV