Ermənistan Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisinin müşaviri, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin köməkçisi Vladimir Poqosyan

deyib ki, biznesmen Ruben Vardanyan siyasəti uduzacaq menecerdir.

"Ruben Vardanyan kamera və mikrofonu ələ keçirdi. O, heç vaxt siyasətçi olmayıb və olmayacaq bir menecerdir. Menecer həmişə siyasəti uduzacaq".

Qeyd edək ki, erməni iş adamı sentyabr ayında Rusiya vətəndaşlığından imtina edib və qanunsuz olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonasından keçib.

Həmin vaxt Vardanyan Şuşanın Turşsu və digər kəndlərdə olmuş və burada 90-cı illərdən məskunlaşmış ermənilərlə görüşmüşdü və ardınca ermənilər öyrədilərək təxribata cəlb edilmişdilər...

 O, hazırda İrəvanın yaratdığı saxta separatçı rejimin “dövlət naziri” “vəzifəsini” tutub.  

Xatırladaq ki, bir müddət əvvəl siyasi şərhçi Azad Məsiyev TEZADLAR.AZ-a açıqlamasında bildirib ki, Ruben Vardanyan  Etmənistanın yeni baş naziri postuna gətirilə bilər…

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN