Radikal Taliban hərəkatının (Rusiyada qadağan olunmuş terror təşkilatı) yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin qadınların ali məktəblərdə təhsilini dayandırması barədə qərarından sonra İran əfqan qadınlarına universitet təhsilində kömək etmək istəyib.

TASS xəbər verir ki, bunu İranın ailə və qadınlar üzrə vitse-prezidenti Ensiye Xəzali deyib.

“İran Əfqanıstan qadınlarına müxtəlif səviyyələrdə universitet təhsillərini davam etdirmək üçün kömək etməyə, eləcə də bu ölkə vətəndaşlarına yardım etməyə hazırdır”.

Taliban dekabrın 22-də Əfqanıstanda qadınların təhsilini tamamilə qadağan etməyə çağırıb. Əfqanıstanda hakimiyyətə gələn təşkilatın nümayəndələri əfqan qızlara ibtidai məktəbə getməyi qadağan edib. Bundan əlavə, qadağanın məktəb və universitetlərdə çalışan qadın işçilərə şamil ediləcəyi bildirilir.

Taliban həmçinin Əfqanıstanda qadınların idman zallarına getməsini qadağan edib. Onlar bu qərarı vətəndaşların guya gender ayrı-seçkiliyi ilə bağlı göstərişlərə məhəl qoymaması və hicab taxmaması ilə izah ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN