İş yerində bədbəxt hadisə nəticəsində vəfat etmiş şəxsin ailəsinə bir neçə hal istisna olmaqla, sığorta təşkilatı tərəfindən orta aylıq əmək haqqının 12 misli miqdarında sığorta pulu verməsi ədalətsiz deyilmi?

Bu fikri hüquqşünas Azər Quliyev Tezadlar.az-a istehsalatda bədbəxt hadisə nəticəsində vəfat etmiş şəxsin ailəsinə verilən sığorta ödənişindən bəhs edərkən bildirib.

Onun sözlərinə görə, əmək qanunvericiliyi sahəsindı son dövrlərdə qəbul olunan normativ hüquqi aktlar əksər hallarda işçilərin hüquqlarının azalması və ya məhdudlaşdırılması ilə nəticələnir.

 “Bu qanunlardan biri də "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında"Qanundur. Bu Qanuna əsasən, əgər işçi iş yerində bədbəxt hadisə nəticəsində vəfat edərsə, aşağıda göstərilən hallar istisna olmaqla sığorta təşkilatıntərəfindən onun ailəsinə orta aylıq əmək haqqının  12 misli məbləğində sığorta pulu ödənilir.

Vəfat etmiş işçinin ölümündən sonra doğulmuş uşağı, sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər və əlillər, sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər, 18 yaşına çatmamış uşaqlar, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək uşaqları olduqda istisna olmaqla”,- deyə Azər Quliyev diqqət çəkib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN