Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Yeni il müraciətinin hazırlanması ilə bağlı sualı cavablandırıb.

"Prezidentin Yeni il təbrikinin nə vaxt yazıldığını heç vaxt demirik. Yalnız onu deyə bilərəm ki, prezident ənənəvi olaraq gecə yarısı ruslara üz tutacaq və onlara Yeni il münasibətilə təbriklərini çatdıracaq", - Peskov bildirib.

O əlavə edib ki, müraciətdə ötən ilin izi qalacaq.

"Hər bir müraciətdə ötən ilin izi var və başlayan il üçün vədlər var. İndi də belə olacaq", - Rusiya liderinin sözçüsü bildirib.

Onun sözlərinə görə, müraciətin interyerinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Belə ki, Peskov Putinin bu il Kreml fonunda ruslara müraciət edib-etməyəcəyi sualına cavab verib.

"Heç bir dəyişiklik nəzərdə tutulmur", - deyə o bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN