Türkiyə təhlükəsizlik qüvvələri Van şəhərində antiterror əməliyyatı keçirərək terror aktı törətməyə hazırlaşan 5 nəfəri saxlayıb.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
"Vandakı əməliyyat zamanı İrandan terror aktı törətmək göstərişi almış 5 terrorçu partlayıcılarla ələ keçirilib", - nazir Ankarada keçirdiyi mətbuat konfransında deyib.
Türkiyə ölkənin müxtəlif bölgələrində baş verən terror aktları dalğasından sonra terrorla mübarizə tədbirlərini gücləndirib.
Xatırladaq ki, dekabrın 16-da səhər saatlarında polis avtobusu partladılmışdı. Bomba Diyarbəkir-Mardin avtomobil yolunun kənarında park edilmiş avtomobildə olub. Doqquz polis yaralanıb.
Noyabrda İstanbulun mərkəzindəki İstiqlal küçəsində partlayış baş verib. Terrorçuların əli ilə 3-ü rus olmaqla 81 nəfər yaralanıb. Hücumda şübhəli bilinən 17 nəfər həbs edilib.
E.ŞİRİNOV