"Bu gün buradakı təzyiq və bullinq qəbuledilməzdir. Qapımın önündə şantaj, təhdid, təhqirlə dolu rus kəndi tərtib ediblər".
TEADLAR.AZ xəbər verir ki, bu sözləri Salome Zurabişvili prezident sarayı qarşısına toplaşaraq Saakaşvilini əfv etməməyi tələb edən etirazçılarla bağlı danışarkən bildirib. "Bu gün burada baş verənlər qəbuledilməzdir, təzyiq və zorakılıqdır. Yeri gəlmişkən, bilmirəm, qeyri-hökumət təşkilatları haradadırlar, hansı ki, zorakılıq haqqında nəsə deməlidirlər. Şantaj, hədə-qorxu, rəzalət - bunların hamısı, qapımın önündə qurulmuş bir rus kəndidir. Heç bir ölkədə prezident sarayının qarşısında belə bir kənd qurulmur, xüsusən də belə gərgin bir dövrdə. Məni karyeramla hədələyirlər, güya bu karyera ilə vidalaşacam, başqa karyera istəyirəm. Mənim neçə yaşım olduğunu unudurlar. Bu ölkədə məni tanıyan varsa, yəqin ki, karyeramı orada [Fransada] tərk etdiyimi bilirsiniz. Məni bu ölkə, bu ölkənin Avropa gələcəyi maraqlandırır. Onlar görmürlər ki, bizim cəmiyyət bunu istəyir. Hər nə qədər təzyiq və şantaj cəhdləri olsa da, biz bu yolla gedəcəyik”, - deyə prezident vurğulayıb.
Qeyd edək ki, ölkə prezidenti Salome Zurabişvilinin iqamətgahı önünə toplaşan bir qrup şəxs keçmiş hakimiyyət dönəmində zərər çəkdiklərini və Mixeil Saakaşvilinin azadlığa buraxılmamalı olduğu bildiriblər. Onlar "Kirminalı heç vaxt əfv etmə" kimi şüarlar səsləndiriblər.
24News.ge