Dekabrın 29-da səhər saatlarında Belarusun Brest vilayətinin Qorbaxa kəndi yaxınlığında S-300 hava hücumundan müdafiə sistemindən ilkin olaraq raket atılıb.
Bu barədə “Belarus Guyun” monitorinq qrupu məlumat yayıb.
"Raketin vurulub, yoxsa öz-özünə düşdüyü hələlik məlum deyil. Yerli ictimaiyyətin məlumatına görə, raket Brest vilayətinin İvanovo rayonundakı tarlada tapılıb. Yayımlanan görüntülərə əsasən, bunlar S-300 hava hücumundan müdafiə sistemindən olan raketin hissələridir”, - məlumatda deyilir.
Daha sonra Lukaşenkoyönlü media Ukraynanın S-300 raket kompleksinin Belarus ərazisinə düşməsinin qeydə alındığını söyləməyə başlayıb. BelTA-nın yazdığına görə, hadisə barədə Aleksandr Lukaşenko dərhal məlumatlandırılıb.
Özünü Belarus Respublikasının başçısı elan edən şəxsin adından Sledkom və Belarus Müdafiə Nazirliyinin əməkdaşlarından ibarət bir qrup mütəxəssis raketin düşməsinin səbəblərini müəyyənləşdirir.
Hökumətyönlü Belarus mediası yazır ki, baş verənlərlə bağlı iki versiya nəzərdən keçirilir:
Belarus ərazisinə raket uçur.
Raket Belarusun hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində vurulub.
Belarusun hökumətyönlü “Pul Pervoqo” nəşri də dərhal Belarus Respublikasının Brest vilayətinə düşən raketin Ukraynaya məxsus olduğunu yazıb.
E.ŞİRİNOV