İndi cəbhədə ən kəskin vəziyyət bütün xətt boyunca Donetsk vilayətində, xüsusən Baxmut və Soledar bölgəsində müşahidə olunur.

Ukrayna prezidenti Vladimir Zelenski bu axşamkı videomüraciətində bildirib ki, düşmən Donbası ələ keçirmək fikrindən əl çəkməyib və qarşısına bunu yeni ildən əvvəl etmək vəzifəsi qoyub.

"Bütün zərbələrə baxmayaraq, hökumət hər gün işləyir. Aparat, Nazirlər Kabineti - hamı işləyir. Xüsusilə, bu gün iki böyük iclasım oldu, iqtisadi və müdafiə. Biz çalışırıq ki, müdafiəçilərimizin imkanları daha çox olsun, daha çox silah, daha çox dron", -  deyib.

 Zelenskinin sözlərinə görə, gün ərzində cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib.

"Ən kəskin - Baxmut, Soledar, Donetsk vilayətindəki bütün xətt boyunca. Düşmən Donetsk vilayətini ələ keçirmək kimi sərsəm fikrindən əl çəkməyib... İndi onlar öz qarşılarına vəzifə qoyublar - Yeni il qabağı", - dövlət başçısı bildirib.

O,  daha sonra “bir neçə aydır ki, işğalçılara öz torpağımızda hədəflər qoyacağımızı və ona nail olacağımızı sübut edən” Ukrayna hərbçilərinə təşəkkür edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN