Rusiya prezidenti Vladimir Putin Rusiyanın yeni regionlarına: DXR, LPR, Zaporojye və Xerson vilayətlərinə prokurorların təyin edilməsi haqqında fərman imzalayıb. Sənəd dekabrın 29-da hüquqi informasiyanın rəsmi saytında dərc edilib.

Fərmanın məlumatlarına əsasən, Andrey Spivak Donetsk Xalq Respublikasının, Qleb Mixaylov isə Luqansk Xalq Respublikasının prokuroru olublar. Kirilo Osipçuk Zaporojye vilayətinin, Andrey Petrov isə Xerson vilayətinin prokuroru vəzifəsinə təyin edilib.

Bütün namizədlər beş il müddətinə prokuror vəzifəsinə təyin ediliblər. Putinin fərmanı dekabrın 29-da qüvvəyə minib.

Xatırladaq ki, həmçinin dekabrın 29-da Vladimir Putin Müqəddəs Georgi lentlərinin ictimai təhqirinə görə cərimələr haqqında qanun imzalayıb. Bundan sonra onlara Böyük Vətən Müharibəsində qələbə simvolu statusu verilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN