Mariupol ərazisində üç mindən çox mülki şəxsin cəsədi tapılıb.
Bu barədə dekabrın 30-da "Lente.ru"ya Rusiya İstintaq Komitəsindən (RİK) məlumat verilib.
Agentliyin məlumatına görə, mülki əhali şəhəri vaxtında tərk edə bilməyib və yemək axtarışında hərəkət edərək Ukrayna hərbçilərinin qurbanına çevrilib. İnsanlar müxtəlif növ silahlardan ölüb. Belə ki, 2022-ci ilin aprelində Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərk etdiyi mövqelərdə 51 sakinin cəsədi tapılıb.
"Şəhərin tam araşdırmasından sonra onların sayı üç mindən çox olub", - RİK-dən bildirilib.
Bundan əvvəl Böyük Britaniyanın Mariupolda hərbi cinayətlərə görə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya qarşı iş açdığı bildirilib.
E.ŞİRİNOV