Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi ilə bağlı bugünkü məhkəmə prosesi təxirə salınıb.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, növbəti məhkəmə prosesi yanvarın 9-u saat 12:00-a təyin edilib.
Saakaşvilinin vəkilləri 1 dekabr tarixində eks prezidentin səhhəti ilə bağlı cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. Gürcüstanın Prezidenti isə əvvəllər onun Ukraynaya ekstradisiyasına söz versə də, sonradan qərar naməlum səbəbdən təxirə salındı.
A.Məmmədli