Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynada tezliklə atəşkəs əldə etməyə və böhranın sülh yolu ilə həllinə çağırıb.
Bu barədə TASS Türkiyə liderinin bəyanatına istinadən xəbər verir.
Söhbət zamanı prezidentlər Ukraynadakı vəziyyətlə yanaşı, ikitərəfli münasibətləri və Suriyanı da müzakirə ediblər. Belə ki, Ərdoğan ölkə rəhbərliyinin münasibətlərin normallaşması üçün siyasi addımlar atmasının vacibliyini açıqlayıb.
O, həmçinin Suriyanın şimalının PKK/PYD/YPG terrorçularından təmizlənməsi üçün konkret addımların atılmasının, o cümlədən Suriyanın Təll-Rifat və Münbiç bölgələrinin onlardan təmizlənməsinin tərəfdarı olduğunu bildirib.
E.ŞİRİNOV