Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO ölkələrinin sahillərinə çıxan “Zirkon” raketləri ilə təchiz edilmiş “Admiral Qorşkov” gəmisini alyansa Yeni il üçün əsas hədiyyə adlandırıb.

Siyasətçi fikirlərini Telegram kanalında dərc edib.

Medvedev hesab edir ki, “Admiral Qorşkovun” kampaniyası “Rusiyaya və müttəfiqlərimizə birbaşa təhlükə yaradan hər kəsi ağlı başına gətirəcək”.

Siyasətçi xatırladıb ki, “Zirkon” raketləri istənilən yükü daşıya bilər və mövcud raketdən müdafiə sistemlərinin hər hansı birinin öhdəsindən gəlməyə zəmanət verilir. “Qoy o, sahildən 100 mil aralıda, Potomak çayına yaxın bir yerdə dayansın. Başqa cür başa düşmədiyiniz üçün sizinlə güc dili ilə danışacağıq”, - deyə o yazıb.

Yanvarın 4-də Rusiya prezidenti Vladimir Putin “Admiral Qorşkov” freqatının buraxılış mərasimində iştirak edib. Putin “Zirkon” hipersəs raket sisteminin ölkənin təhlükəsizliyini etibarlı şəkildə qorumağa qadir olduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bu raket sistemlərinin dünyanın heç bir ölkəsində analoqu yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN