Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.

Koronavirusa yoluxduqdan sonra zəifləyən 82 yaşlı keçmiş monarx Afinadakı evində insult keçirib. Yeddi gün ağır reanimasiyada olan Konstantini xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1964-cü il martın 6-dan 1973-cü il iyunun 1-dək Yunanıstanı idarə etmiş kralın səhhətində ciddi problemlər yaranmışdı.

 AzərTac

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN