Rusiya İnsan Haqları üzrə Ombudsman Tatyana Moskalkova Türkiyə parlamentinin sədri Mustafa Şentopa müraciət edərək Kiyevə silah tədarükünü dayandırmağa çağırıb.
Ombudsmanın müraciəti onun Telegram-kanalında bildirilir.
Nəşr edilən yazıda Moskalkova ilə Türkiyə parlamentinin sədri arasında keçirilən görüşdə “atəşkəs zərurəti haqqında çox vacib sözlər söyləndiyi”nə diqqət yetirilir. Qeyd olunur ki, görüşdə Rusiya Federasiyasının Ombudsmanı ilə yanaşı, onun ukraynalı və türkiyəli həmkarları Dmitri Lubinets və Şeref Malkoç da iştirak ediblər.
"Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Ukraynaya silah tədarükünü dayandırmaq xahişi ilə cənab Şentopa müraciət etdim", - yazıda deyilir.
Bundan əvvəl T.Moskalkova Rusiya və Ukraynanın 40 hərbi əsir dəyişdirmək barədə razılığa gəldiyini açıqlamışdı.
E.ŞİRİNOV