Qərbin ukraynalı yaraqlıları silahlandırmaq və Kiyevi Rusiya ilə qarşıdurma və NATO missiyasını yerinə yetirməyə yönəltmək cəhdləri uğursuzluqla nəticələnir.

Bu fikri yanvarın 12-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rusiya diplomatik departamentinin nümayəndəsi vurğulayıb ki, Qərbin cəhdlərindən asılı olmayaraq, Rusiya Federasiyası rəhbərliyinin danışdığı xüsusi hərbi əməliyyatın bütün tapşırıqları yerinə yetiriləcək.

Həmçinin, Mariya Zaxarovanın sözlərinə görə, indi Kiyev Ukraynanın problemlərini həll etməyə hazır deyil, NATO-nun maraqlarına uyğun fəaliyyət göstərməkdə davam edir.

"Siz açıq mətnlə deyirsiniz ki, öz vətəndaşlarınızı öldürməklə NATO-ya xidmət edirsiniz. Bunu Ukraynanın maraqları üçün deyil, NATO-nun missiyasını yerinə yetirmək üçün edirsiniz", - Zaxarova vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Kiyevə hər hansı silah tədarükü Rusiya hərbçilərinin, eləcə də bu silahlara xidmət edən xarici personalın qanuni hədəfləridir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN