Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun Soledarda nəhəng iş gördüyünü bildirib.

Bu barədə REN.TV xəbər verib.

"Bunlar tamamilə fədakar qəhrəmanlıq hərəkətləridir. Həm də təkcə Soledarda deyil, hücumun həyata keçirildiyi bir çox istiqamətlərdə", - o qeyd edib.

Eyni zamanda, Peskov əlavə edib ki, hazırda bir çox istiqamətlərdə hücum həyata keçirilir.

"Biz hələ də qəhrəmanlarımıza heyran qalacağıq", - o deyib.

Eyni zamanda, Peskov əlavə edib ki, ən vacib iş hələ qarşıdadır.

"Dayanmaq, əllərinizi ovuşdurmaq vaxtı deyil. Əsas iş hələ qabaqdadır", - Peskov deyib.

Xatırladaq ki, yanvarın 11-də Soledarın Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi məlum olub. İndi rus hərbçiləri Artemovsk istiqamətində döyüşürlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN