Nepalın Poxara şəhəri yaxınlığında “Yeti Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” nəşri məlumat yayıb.
Bildirilib ki, qəza baş verən zaman təyyarənin göyərtəsində 72 nəfər olub. Onlardan 68-i sərnişin, 4-ü isə ekipaj üzvüdür. Qəza layner havaya qalxarkən baş verib.
Yerli telekanallar qəza qurbanlarının sayının hazırda 45 nəfərə çatdığını bildirir.
Rəqəm yekun deyil, xilasedicilər yerində işini davam etdirdikcə sayı arta bilər.
Bundan əvvəl ölkənin aviasiya idarəsinin nümayəndəsi qəza yerində ən azı 40 cəsədin tapıldığını bildirmişdi.
Qeyd edək ki, təyyarənin göyərtəsində 72 nəfər olub. Əvvəllər internetdə laynerin qəzaya uğramasından dərhal əvvəl çəkilmiş görüntülər dərc olunub. Təyyarənin kəskin şəkildə aşağı endiyi görünüb.
Qəza yerində xilasetmə işlərinin görüntüləri də yayılıb.
Qəzadan dərhal sonra çox güclü yanğının başladığını göstəriblər.
E.ŞİRİNOV