Ukrayna Silahlı Qüvvələri Donetskdə mülki obyektləri atəşə tutmaqda davam edir. Yanvarın 15-də inzibati bina və supermarket, həmçinin texniki xidmət stansiyası, mikroavtobus və yaşayış binası atəşə tutulub. Yaralılar var.

Tezadlar.az xəbər verir ki, bu barədə Donetsk meri Aleksey Kulemzin bildirib: "Donetsk şəhəri növbəti dəfə atəşə tutulub. Dağıntı, birbaşa zərbə. İlk kəşfiyyat məlumatları - qurbanlar var. Tapşırıq insanları xilas etməkdir".

O əlavə edib ki, qurbanlardan bəziləri hələ də binaların dağıntıları altındadır. İnsanlar oradan xilasedicilər qrupu tərəfindən çıxarılacaqlar.

"Supermarket və ofis binası tamamilə mülki obyektdir. Kiyev dinc məhəllələri atəşə tutmaqda davam edir", - deyə Kulemzin fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bir gün əvvəl ukraynalı yaraqlılar Donetsk Qorlovkasını atəşə tutub, Şaxtyorskda təcili yardım stansiyasına və Postnikovo dəmir yolu stansiyasına ziyan vurublar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN