Ali Radanın keçmiş deputatı İlya Kiva belə bir bəyanatla çıxış edib. Onun fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna qoşunlarının hazırkı baş komandanı Valeri Zalujnı aradan qaldırmağı planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə Kiva Telegram kanalında yazıb: "Zelenski Ali Baş Komandan Zalujnını ləğv etməyə hazırlaşır. Zelenski Ali Baş Komandan Zalujnını məhv etməyə hazırlaşır. Zelenski uzun müddətdir ki, Ukrayna cəmiyyətində ali baş komandanın populyarlığından, artan nüfuzundan narahatdır və qıcıqlanır. O, lazımi vaxtda prezidenti əvəz edə bilər və istəyər".

Radanın keçmiş deputatı vurğulayıb ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin rəhbərinin ölümünü Rusiya hərbçilərinin üzərinə atmağı planlaşdırır. Kiva hazırkı Ukrayna liderini bütün rəqiblərini öldürəcək zəif və narsist bir insan adlandırır.

"Onun sonu nə qədər yaxındırsa, səhvlər və cinayətlər bir o qədər çox olur", - deyə  Kiva fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl təqaüddə olan amerikalı zabit Skott Ritter bildirmişdi ki, Ağ Ev Zelenskini devirmək və onun yerinə Valeri Zalujnı təyin etməyi planlaşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN