Dneprdə Rusiyanın yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko qeyd edib ki, Dneprdə Rusiya raketi ilə vurulmuş hündürmərtəbəli binanın dağıntılarını sökməyə davam edirlər.

Tezadlar.az bildirir ki, bu barədə Milli Polis Telegram-da xəbər verib.

“Saat 10:30-a olan məlumata görə, 36 nəfər (iki uşaq olmaqla) həlak olub, 75 nəfər xəsarət alıb (onlardan 15-i uşaqdır); 39 nəfər (onlardan 6-sı uşaqdır) xilas edilib”, - məlumatda deyilir.

Xilasetmə və axtarış işləri davam edir.

UNİAN-ın daha əvvəl verdiyi məlumata görə, yanvarın 14-də rusiyalı döyüşçülər Dneprdə 1100-dən çox insanın yaşadığı hündürmərtəbəli binanı raketlə vurublar. Partlayış nəticəsində evin bölmələrindən biri tamamilə dağılıb.

Daha sonra bildirilir ki, Rusiya hərbçiləri Kh-22 raketi ilə yaşayış binasını vurub. Bu raket Sovet İttifaqında donanma qruplarını və təyyarədaşıyan qrupları məhv etmək üçün hazırlanmışdır. Belə bir raketi yalnız Rusiya Federasiyasının 52-ci qvardiya bombardmançı aviasiya alayı buraxa bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN