Xarici işlər naziri Çavuşoğlu bildirib ki, ABŞ Yunanıstan və Türkiyə arasında balans siyasətini saxlamalıdır. Çavuşoğlu F-16 danışıqları ilə bağlı son vəziyyəti də açıqlayıb.
Tezadlar.az haberglobal-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini, xarici işlər naziri Bisera Turkoviç ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Çavuşoğlu açıqlamasında deyib: “Türkiyə-Yunanıstan münasibətlərində tarazlıq pozulmağa başladı. ABŞ-ın balans siyasəti var idi. Kiprin türk hissəsi ilə yunan hissəsi arasında tarazlıq pozulmağa başladı. Birləşmiş Ştatlar kimi bir müttəfiq bu tarazlıqların qayğısına qalmalıdır”.
Çavuşoğlu F-16 danışıqları ilə bağlı son vəziyyəti də diqqətə çatdırıb: “Hərbi danışıqlar başa çatıb. Rəhbərliklə razılıq əldə olunub. Administrasiyanın bunun təkcə Türkiyə üçün deyil, NATO üçün də vacib olduğunu vurğulaması da vacibdir. Rəhbərlik qərarlı olsa, heç bir problem olmayacaq”.
E.ŞİRİNOV