Rusiyanın müdafiə naziri Sergey Şoyqu müavinləri, baş komandanları və komandirləri ilə Rusiya Silahlı Qüvvələrinin sayının 1,5 milyon hərbçiyə çatdırılması məsələləri ilə bağlı müşavirə keçirib.

Tezadlar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi jurnalistlərə bildirib ki, tərkibin artırılması silah təchizatı və infrastrukturun inkişafı ilə sinxronlaşdırılacaq.

Şoyqu vurğulayıb ki, bütün tədbirlər Silahlı Qüvvələrin tərkibinin və gücünün formalaşdırılması üçün kompleks planda birləşdirilməli və silah, hərbi və xüsusi texnika və material təchizatı, qoşunların (qüvvələrin) yerləşdirilməsi üçün infrastrukturun tikintisi ilə sinxronlaşdırılmalıdır.

Şoyqu bildirib ki, Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi, yeni regionların və mühüm obyektlərin mühafizəsi yalnız Silahlı Qüvvələrin əsas struktur komponentlərinin gücləndirilməsi ilə mümkündür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN