Tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) dövlət nazirinin müşaviri Mesrop Arakelyan bu gün bildirib ki, Azərbaycan növbəti dəfə Dağlıq Qarabağın yaşayış məntəqələrinə qazı kəsib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, “Armenpress” agentliyi ondan sitat gətirib: "Azərbaycan növbəti dəfə Artsaxa qaz təchizatını dayandırıb (DQR - TASS qeydi). Azərbaycan erməniləri Artsaxdan qovmağa yönəlmiş hərəkətlərini davam etdirir".

Bildirilir ki, 2022-ci il dekabrın 12-də özlərini ekoloq kimi təqdim edən bir qrup azərbaycanlı Ermənistandan Dağlıq Qarabağa gedən yeganə yolun keçdiyi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizini bağlayıb. Bakı isə bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.

Ancaq İrəvan bunu tanınmamış respublikada humanitar fəlakət yaratmağa yönəlmiş təxribat kimi qiymətləndirib. Respublikanın baş naziri Nikol Paşinyan deyib ki, karantin səbəbindən Dağlıq Qarabağda ərzaq qıtlığı yaranıb. Dekabrın 14-də Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa məcbur etmək tələbi ilə müraciət edib.

Qeyd edək ki, Laçın-Xankəndi yolunda dinc şəkildə davam edən aksiyanın 37-ci günündə də Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst hərəkət edə bilirlər.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN