Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) qeydiyyatdan keçmiş yeddi siyasi partiyanın hamısına Məclisə (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə iştirakına icazə verib.
Tezadlar.az xəbər verir ki, müvafiq qərarlar MSK-nın iclasında qəbul edilib və onların protokolu idarənin internet saytında yerləşdirilib.
Beləliklə, ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrin - hakim Amanat Partiyası (Əcdadlar əhdi), Qazaxıstan Demokratik Partiyası Ak Jol (İşıqlı Yol), Qazaxıstan Xalq Partiyası, Xalq Demokratik Partiyası, Vətənpərvər “Auyl” (“Selo”) Partiyası, müxalif Milli Sosial Demokrat Partiyası, Qazaxıstanın “Yaşıllar” Partiyası “Baytak” və Respublika Partiyasının seçkilərdə iştirakına icazə verilib.
Yanvarın 19-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika parlamentinin aşağı palatasını buraxıb. Dövlət başçısı növbədənkənar seçkiləri 2023-cü il martın 19-na təyin edib. Bundan sonra Milli Məclisin deputatlarının 70 faizi partiya siyahıları, 30 faizi isə birmandatlı dairələr üzrə seçiləcək.
2022-ci ilin noyabrında Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçicilərin 81,31 faizi Tokayevin namizədliyinə səs verib.
E.ŞİRİNOV