Türkiyə hakimiyyəti İsveçin müdafiə naziri Paul Jonssonun yanvarın 27-də respublikaya planlaşdırılan səfərini Stokholmda Türkiyə əleyhinə nümayişlərə görə ləğv edib.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar şənbə günü Almaniyadakı ABŞ-ın Ramşteyn aviabazasında Qərb dövlətlərinin müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu iyrənc hərəkətlər nəticəsində prezidentimizə və Türkiyəyə qarşı heç bir tədbir görülmədiyini görmək bizi çox kədərləndirdi. Ona görə də hazırda İsveçin müdafiə naziri Jonssonun yanvarın 27-də Türkiyəyə səfərinin əhəmiyyəti və mənasını artıq hiss etmirik. Bu səbəbdən səfəri ləğv etdik", - H.Akar deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN